Global Art
XəBəRLəR

Azərbaycanın müdafiə nazirinin Slovakiyaya səfəri davam edir

Azərbaycanın müdafiə nazirinin Slovakiyaya səfəri davam edir

Slovakiyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov IDEB (International Defence Exhibition Bratislava) Beynəlxalq müdafiə və təhlükəsizlik konfransında və sərgisində iştirak edib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə təqdim olunan müdafiə sənayesi məhsulları ilə tanışlıqdan sonra “Robot tərəfindən təkmilləşdirilmiş partlayıcı qurğunun zərərsizləşdirilməsi” və "Patron FPV” PUA-sı vasitəsilə təkərli və tırtıllı texnikaya hücumun nümayişləri izlənilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Çex Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Yaromir Zuna ilə görüşüb.

Görüş zamanı tərəflər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Global Art

Daha çox