Hindistanın xarici işlər naziri ilə münasibətlərin bütün istiqamətləri üzrə müzakirələrin aparılması faydalıdır.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birgə keçirdiyi mətbuat konfransında söyləyib.
“Biz bu səfəri çox önəmli hesab edirik. Uzun müddət davam edən fasilədən sonra Hindistanın Xarici İşlər Nazirliyi ilə təmaslarımızın və ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi olduqca əhəmiyyətli və faydalı oldu.
Məlum olduğu kimi, son illər ərzində bir sıra məsələlərlə bağlı iki ölkə arasında fikir ayrılıqları mövcud idi. Bu isə istər-istəməz həm ikitərəfli münasibətlərə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarına təsir göstərirdi. Bu gün biz bütün bu məsələləri ətraflı və açıq şəkildə müzakirə etdik”, - deyə Azərbaycanın xarici işlər naziri vurğulayıb.