Global Art
XəBəRLəR

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Qazaxıstan XİN-ə təqdim edib

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Qazaxıstan XİN-ə təqdim edib

Azərbaycanın Qazaxıstana yeni təyin olunmuş səfiri Əlimirzamin Əsgərov etimadnaməsinin surətini Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini Yermuxambet Konuspayevə təqdim edib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı tərəflər siyasi, iqtisadi-ticari, mədəni və humanitar sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi perspektivlərini, həmçinin qarşıdan gələn ikitərəfli tədbirlərin cədvəlini müzakirə ediblər.

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın cari məsələləri ətrafında fikir mübadiləsi də aparılıb.

Görüşün sonunda Azərbaycan səfiri səmimi qəbula görə Qazaxıstan xarici işlər nazirinin müavininə təşəkkür edib, dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ruhunda davamlı şəkildə inkişaf etdirilməsi üçün bütün səylərini göstərməyə hazır olduğunu vurğulayıb.

Daha çox