Global Art
XəBəRLəR

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaşların müraciətləri dinlənilib

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaşların müraciətləri dinlənilib

Vətəndaş məmnunluğunun artırılması və müraciətlərin birbaşa dinlənilməsi məqsədilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində növbəti vətəndaş qəbulu keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, qəbul zamanı icazə prosedurları, şəhərsalma nəzarəti, eləcə də şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə riayət olunması ilə bağlı müraciətlər dinlənilib, qaldırılan məsələləri Bakının planlı və dayanıqlı inkişafı kontekstində müzakirə edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı zəruri izahlar, əlavə araşdırma tələb edən məsələlərin aidiyyəti üzrə baxılması üçün isə müvafiq tapşırıqlar verilib.

Daha çox