Global Art
XəBəRLəR

Bakıda Avropa Cüdo Ümidləri Turnirinə start verilib

Bakıda Avropa Cüdo Ümidləri Turnirinə start verilib

Bakıda Avropa Cüdo Ümidləri Turnirinə start verilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirdə 10 ölkədən 81 klubun 289 yeniyetmə cüdoçusu mübarizə aparır.

İki gün davam edəcək yarışda Azərbaycan, Almaniya, Macarıstan, İsrail, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə və Ukraynanı təmsil edən idmançılar U-14 və U-16 yaş kateqoriyalarında tatamiyə çıxacaqlar. Turnir iştirakçılarının 245-i oğlan, 44-ü isə qız cüdoçulardır.

Turnirlə paralel olaraq, iyulun 24-dən 26-dək iştirakçılar üçün texniki seminarlar təşkil olunur. Kodokanın mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkionun rəhbərliyi ilə keçirilən seminarlarda yeniyetmə cüdoçular müasir texniki yanaşmalar, fəndlərin incəlikləri və məşq metodikaları ilə bağlı biliklərini artırırlar.

Qeyd edək ki, Avropa Cüdo Ümidləri Turniri Avropa Cüdo Birliyinin yeniyetmə idmançıların inkişafına yönəlmiş ən mühüm layihələrindən biridir. Yarış beynəlxalq təcrübənin artırılması, müxtəlif cüdo məktəbləri arasında əməkdaşlığın genişləndirilməsi və perspektivli idmançıların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Global Art

Daha çox