Global Art
XəBəRLəR

Bakıda gənc rəssamların sərgisi açılıb

Bakıda gənc rəssamların sərgisi açılıb

Bakı Fotoqrafiya Evində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Səyahət” İctimai Birliyinin birgə təşkil etdiyi “START” layihəsi çərçivəsində gənc rəssamların sərgisinin açılışı olub.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, “START” layihəsinin məqsədi gənc rəssamların yaradıcılıq potensialını üzə çıxarmaq, onların peşəkar inkişafına dəstək göstərmək və əsərlərini geniş ictimaiyyətə təqdim etmələri üçün imkanlar yaratmaqdır.

Açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi Ülviyyə Axundova çıxış edərək, gənc rəssamlara dəstək göstərilməsi baxımından bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Sərginin açılışında çoxsaylı qonaqlar iştirak edib. Onların arasında rəssamlar, mədəniyyət sahəsinin nümayəndələri, diplomatlar, həmçinin ABŞ, Belçika, Serbiya, Çexiya, Albaniya və digər ölkələrin səfirləri və səfirliklərin nümayəndələri olub.

Sərgidə müxtəlif janr və bədii istiqamətlərdə fəaliyyət göstərən gənc rəssamların əsərləri nümayiş olunur.

Daha çox