Global Art
ART KLUB

Bakıda Rokoko üslubuna həsr olunmuş xüsusi mühazirə keçiriləcək

Bakıda Rokoko üslubuna həsr olunmuş xüsusi mühazirə keçiriləcək

İyulun 5-də Bakıda incəsənət, tarix və moda həvəskarları üçün xüsusi bir görüş baş tutacaq. Art & Creativity Club tərəfindən təşkil olunan “Rokoko Üslubu” adlı mühazirə iştirakçıları XVIII əsr Avropasının ən zərif və maraqlı dövrlərindən birinə aparacaq.

Rokoko yalnız incəsənət cərəyanı deyil, həm də aristokrat cəmiyyətinin həyat tərzini, dünyagörüşünü və estetik idealını əks etdirən bütöv bir mədəniyyət idi. Bu dövr memarlıqdan rəssamlığa, modadan etiket qaydalarına qədər Avropa mədəniyyətinin müxtəlif sahələrinə dərin təsir göstərmişdir.

Mühazirəni sənətşünas Sədaqət Zaurqızı təqdim edəcək. Tədbir çərçivəsində iştirakçılar Rokoko üslubunun əsas xüsusiyyətləri, dövrün məşhur rəssamları və memarlıq nümunələri, XVIII əsr Avropasının siyasi mühiti və onun incəsənətə təsiri barədə ətraflı məlumat əldə edəcəklər.

Bundan əlavə, Rokoko dövrünün geyimləri, gözəllik standartları, moda vasitəsilə ötürülən gizli mesajlar, eləcə də həmin dövrün kosmetik vasitələrinin insan sağlamlığına təsiri müzakirə olunacaq. Mühazirədə Mariya Antuanetta ətrafında formalaşmış məşhur miflərə və tarixi faktlara da nəzər salınacaq.

Tədbir 5 iyul saat 13:00-da Art & Creativity Club-da keçiriləcək. İştirakçılar həmçinin onlayn formatda qoşula biləcəklər.

Qeydiyyat: +994 51 777 85 98 (WhatsApp)

Daha çox