Global Art
XəBəRLəR

Belarus rəsmisi Azərbaycanla əməkdaşlıq münasibətlərinin əsas inkişaf istiqamətlərini açıqlayıb

Belarus rəsmisi Azərbaycanla əməkdaşlıq münasibətlərinin əsas inkişaf istiqamətlərini açıqlayıb

Azərbaycan və Belarus arasında münasibətlər zamanın sınağından çıxmış dostluq və qarşılıqlı etimada əsaslanır.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Belarus Respublikası Baş nazirinin müavini Natalya Petkeviç Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, dövlət başçıları tərəfindən qarşıya qoyulan ikitərəfli ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfi ölkələr arasında əməkdaşlıq potensialının yüksək olduğunu göstərir.

“Sənaye kooperasiyası, birgə müəssisələrin yaradılması və kənd təsərrüfatı sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin əsas inkişaf istiqamətlərindəndir”,- deyə o vurğulayıb.

Global Art

Daha çox