Global Art
XəBəRLəR

Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub

Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub

Brüssel şəhərində Belçika-Azərbaycan Forumunun ilk iclası keçirilib. Forumda Belçikanın və Azərbaycanın ali təhsil, tədqiqat, mədəniyyət, humanitar, media, vətəndaş cəmiyyəti və dini qurumlarının, təşkilatlarının nümayəndələri iştirak ediblər.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir çərçivəsində iştirakçılar öz peşə sahələri və prioritetləri barədə danışıb, gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qeyd olunub ki, Belçika-Azərbaycan Forumu iki ölkənin ictimaiyyəti arasında əlaqələrin inkişafına həsr olunmuş təşəbbüsdür. Bu əlaqələrin əsas məqsədi iki ölkə arasında uzunmüddətli və sistemli əməkdaşlığın formalaşdırılması üçün zəmin yaratmaqdır.

İlk iclasın uğurla keçdiyini nəzərə alan Forum iştirakçıları növbəti iclasın cari ilin sonunda keçirilməsini qərara alıblar.

Global Art

Daha çox