Müğənni Beyonse Kolumbiyada baş vermiş zəlzələdən zərər çəkənlərə kömək məqsədilə öz şəxsi vəsaitindən 1 milyon dollar məbləğində ianə edəcək.
Global Art Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sənətçinin səsyazma leyblı olan "Parkwood Entertainment"in mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, ayrılan vəsait ən çox zərər çəkmiş bölgələrə ərzaq və ilk ehtiyac mallarının çatdırılmasına sərf olunacaq.