Global Art
XəBəRLəR

BMT-nin nümayəndəsi: Süni intellekt mina əleyhinə fəaliyyət sahəsində inqilab yarada bilər

BMT-nin nümayəndəsi: Süni intellekt mina əleyhinə fəaliyyət sahəsində inqilab yarada bilər

Süni intellekt mina əleyhinə fəaliyyət sahəsində inqilab yarada bilər. Xüsusilə son iki ildə texnologiyanın minaların aşkarlanması, zərərsizləşdirilməsi və təhlükəli ərazilərdə təhlükəsiz irəliləyiş imkanlarımızın genişləndirilməsi baxımından əhəmiyyətli irəliləyişlərə səbəb olub.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Layihə Xidmətləri Ofisinin (UNOPS) Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Tim Lardner jurnalistlərə açıqlaması zamanı deyib.

O qeyd edib ki, mina əleyhinə fəaliyyətin təkmilləşdirilməsi üçün süni intellekt və digər qabaqcıl texnologiyalardan istifadə imkanları hələ başlanğıc mərhələdədir. “Mənim gözləntim ondan ibarətdir ki, istər süni intellekt, istərsə də kəşfiyyat məqsədilə istifadə olunan dronlar kimi texnologiyalar qarşıdakı dövrdə eksponensial sürətlə inkişaf edəcək. Bunun nəticəsində ərazilər haqqında daha sürətli və dəqiq məlumat əldə edəcəyik. Ərazilərin tədqiq edilməsi, təhlükəli zonaların müəyyənləşdirilməsi və təhlükəsiz sahələrin dəqiqliklə müəyyən olunması imkanlarımız da əhəmiyyətli dərəcədə genişlənəcək. Buna görə də hesab edirəm ki, texnologiyaların daha geniş tətbiqi torpaqların istifadəyə qaytarılması və həmin ərazilərdə yaşayan insanlar üçün daha təhlükəsiz mühitin yaradılması baxımından mühüm rol oynayacaq”, - deyə Tim Lardner vurğulayıb.

Daha çox