Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsində ilk oyuna çıxacaq.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı klubu Finlandiyanın “KuPS” komandasını qəbul edəcək.
“Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq.
Qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra Finlandiyada olacaq.
Global Art