Global Art
XəBəRLəR

Çin şirkəti Azərbaycanda yaşıl enerji layihələri üzrə işləri davam etdirməyə hazırdır

Çin şirkəti Azərbaycanda yaşıl enerji layihələri üzrə işləri davam etdirməyə hazırdır

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə Forum çərçivəsində energetika naziri Pərviz Şahbazov “China Datang Overseas Investment Co., Ltd.” şirkətinin İdarə Heyətinin sədri Zhao Yonglinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanda 100 MVt gücündə Günəş elektrik stansiyası layihəsinin icra vəziyyəti, həmçinin ilkin mərhələdə 200 MVt gücündə dənizdə külək elektrik stansiyasının yaradılması imkanları müzakirə edilib.

“Yaşıl Enerji Dəhlizi”nin Azərbaycanda bərpaolunan enerji istehsalı və ixracının genişləndirilməsi üçün yaratdığı imkanlar qeyd olunub. Şirkət Günəş və dənizdə külək enerjisi layihələri üzrə işləri sürətlə davam etdirməyə, eləcə də “Yaşıl Enerji Dəhlizi”ndə iştirak imkanlarını araşdırmağa hazır olduğunu bildirib.

Görüşdə enerji sahəsində kadr hazırlığı və texniki təcrübə mübadiləsi üzrə əməkdaşlığın davam etdirilməsi də nəzərdən keçirilib.

Daha çox