Global Art
XəBəRLəR

Çin şirkəti ilə neft və neft-kimya sənayesində əməkdaşlığın inkişafı müzakirə olunub

Çin şirkəti ilə neft və neft-kimya sənayesində əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “China National Chemical Engineering & Construction Corporation Seven” (CC7) şirkətinin İdarə Heyətinin sədri Lunq Xayyang ilə görüşüb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanda və üçüncü ölkələrdə neft və neft-kimya sənayesində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Mövcud layihələrin cari vəziyyəti, növbəti mərhələlərin icrası və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Tərəfdaş şirkətlər və maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Daha çox