Danimarkalı müğənni Tomas Neverqrin “DREAM FEST” beynəlxalq musiqi festivalının təşkilini yüksək qiymətləndirib və Azərbaycanın qonaqpərvərliyini qeyd edib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə sənətçi festivalın qırmızı xalçasında jurnalistlərə bildirib.
“Bu, bizim üçün sanki başqa bir dünyadır. Burada olmaqdan çox şadıq. Səhnə, texniki təchizat və atmosferin özü - hər şey ən yüksək səviyyədə təşkil olunub. Amma bizim üçün ən vacib olanı insanlar və onların qonaqpərvərliyidir. Bizi çox səmimi qarşıladılar və biz burada, bu gözəl məkanda olmaqdan xoşbəxtik”, - deyə müğənni vurğulayıb.
Global Art