Global Art
XəBəRLəR

Daxili İşlər Nazirliyi və ADA Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb

Daxili İşlər Nazirliyi və ADA Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb

Mayın 8-də Daxili İşlər Nazirliyi ilə ADA Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, birgə faydalı əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyan memorandumu daxili işlər nazirinin müavini Fazil Quliyev və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.

Memorandumda tərəflərin tədris proqramları və metodiki vəsaitlərin hazırlanması, seminar, mühazirə, treninq və elmi konfransların təşkili, müasir texnoloji yanaşmaların tətbiqi sahəsində əməkdaşlığı nəzərdə tutulub.

İmzalanma mərasimindən əvvəl keçirilən görüşdə Daxili İşlər Nazirliyi ilə ADA Universiteti arasında əməkdaşlıq perspektivləri və memorandum çərçivəsində görüləcək işlər də müzakirə olunub.

Global Art

Daha çox