Global Art
XəBəRLəR

DÇ-2026-da unikal nailiyyət: Holand və Bellinqem tarixə düşdülər

DÇ-2026-da unikal nailiyyət: Holand və Bellinqem tarixə düşdülər

Norveç millisinin hücumçusu Erlinq Holand və İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellinqem 2026-cı il dünya çempionatında unikal nailiyyətə imza atıblar.

Global Art Oxu.az-a istinadən xəbər verir ki, hazırda turnirdə yalnız bu iki futbolçu üç fərqli üsulla - sağ ayaqla, sol ayaqla və başla qol vurmağı bacarıb.

Qeyd edək ki, Holand turnir ərzində 7, Bellinqem isə 6 qol vurub. Xatırladaq ki, İngiltərə millisi dörddəbir finalda Norveçi 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Daha çox