Futbol üzrə dünya çempionatının (DÇ-2026) final matçını idarə etmiş sloveniyalı baş hakim Slavko Vinçiç peşəkar karyerasını başa vurub.
Global Art Baku.ws-a istinadən xəbər verir ki, bu barədə Sloveniya Futbol İttifaqı rəsmi məlumat yayıb.
Qeyd edək ki, 46 yaşlı referi 2010-cu ildən etibarən FIFA dərəcəli hakim statusunu daşıyıb.
2022-ci ildə sloveniyalı hakimin rəhbərlik etdiyi briqada UEFA Avropa Liqasının final matçına təyinat alıb. O, 2024-cü ildə isə UEFA Çempionlar Liqasının həlledici oyununu idarə edib.
Global Art