Global Art
XəBəRLəR

DÇ-2026-nın ilk finalçısı bəlli oldu

DÇ-2026-nın ilk finalçısı bəlli oldu

Futbol üzrə 2026-cı il dünya çempionatının yarımfinal mərhələsinin ilk matçı keçirilib.

Global Art Oxu.az-a istinadən xəbər verir ki, ABŞ-nin Arlinqton şəhərində baş tutan qarşılaşmada Fransa və İspaniya milliləri üz-üzə gəliblər.

Görüş pireneylilərin inamlı qələbəsi ilə yekunlaşıb - 0:2.

İspaniya yığmasının heyətində Mikel Oyarsabal 22-ci dəqiqədə penaltidən hesabı açıb. Pedro Porro isə 56-cı dəqiqədə fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib.

Qeyd edək ki, İspaniya millisi finalda İngiltərə - Argentina cütünün qalibi ilə qarşılaşacaq.

Global Art

Daha çox