Global Art
XəBəRLəR

Didye Deşam rekordçu oldu

Didye Deşam rekordçu oldu

Fransa milli komandasının baş məşqçisi Didye Deşam dünya çempionatlarında milli komandanın sükanı arxasında keçirdiyi oyunların sayına görə təkbaşına rekordçu olub.

Global Art Oxu.az-a istinadən xəbər verir ki, DÇ-2026-nın İspaniyaya qarşı yarımfinal qarşılaşması 57 yaşlı mütəxəssis üçün dünya çempionatlarında baş məşqçi qismində 26-cı oyun olub.

Bu göstərici ilə Deşam hesabında 25 oyun olan Almaniya Federativ Respublikasının (AFR) sabiq baş məşqçisi Helmut Şönü geridə qoyub.

Qeyd edək ki, 2012-ci ildən Fransa millisinə rəhbərlik edən Didye Deşam komandanı 2018-ci il dünya çempionatında qələbəyə çatdırıb, həmçinin 2022-ci il turnirinin finalına çıxarıb.

Global Art

Daha çox