Global Art
XəBəRLəR

Dövlət Komitəsinin sədri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Dövlət Komitəsinin sədri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 7-də Zəngilan rayonunda vətəndaşların müraciətlərini dinləyib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə vətəndaşlar İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, maarifləndirmə işinin genişləndirilməsi, işlə təmin olunma, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Daha çox