Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı dövlət qurumlarının 472 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,2 faiz azdır.
Təkcə iyul ayında dövlət qurumlarının 73 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb. Bu göstərici ötən ilin iyul ayı ilə müqayisədə 2,6 dəfə çoxdur.