Global Art
XəBəRLəR

Dünya Bankının Azərbaycan üzrə rəhbəri dəyişib

Dünya Bankının Azərbaycan üzrə rəhbəri dəyişib

Dünya Bankının Azərbaycan üzrə rəhbəri dəyişib.

Global Art Oxu.az-a istinadən xəbər verir ki, vəzifə müddətinin başa çatması ilə əlaqədar Ştefani Ştallmayer (Stefanie Stallmeister) bu il iyulun 1-dən etibarən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsindən ayrılıb. O, bu vəzifəyə 2023-cü il iyulun 1-də təyin edilmişdi.

Məlumata görə, Dünya Bankının Azərbaycan üzrə yeni ölkə meneceri vəzifəsinə Saşa Bakes (Sacha Backes) təyin edilib. O, vəzifəsinin icrasına bu ilin avqust ayından başlayacaq.

Qeyd edək ki, bu təyinatadək Saşa Bakes Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasında (IFC) İstehsal, Aqrobiznes və Xidmətlər üzrə Avropa komandasında baş investisiya mütəxəssisi olub.

Backes 17 ildən artıqdır ki, IFC-də fəaliyyət göstərir. O, bu müddətin ilk 12 ilini London, Vaşinqton və Yohannesburq ofislərində Təbii Sərvətlər və İnfrastruktur komandasında çalışaraq əsasən Afrika regionunda layihələrə rəhbərlik edib.

IFC-yə qoşulmazdan əvvəl isə Lüksemburq hökumətinin inkişaf yardımı üzrə icraçı agentliyi olan Lux-Development təşkilatında yeddi il çalışıb. Bu müddətdə Laosda aqrobiznes və kənd infrastrukturuna yönəlmiş inteqrə olunmuş kənd inkişafı layihələrini idarə edib.

Saşa Bakes Kembric Universitetində fizika üzrə fəlsəfə doktoru (PhD) və INSEAD Biznes Məktəbində biznesin idarəedilməsi (MBA) dərəcəsi alıb.

Global Art

Daha çox