Global Art
XəBəRLəR

Əbdül Kadir: "Azərbaycandaki təşkilatçılar çox qonaqpərvərdirlər"

Əbdül Kadir: "Azərbaycandaki təşkilatçılar çox qonaqpərvərdirlər"

Global Art xəbər verir ki, Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında Global Art ilə fikirləri ilə paylaşıb.

"Mən Banqladeşdən olan doktor M. D. Əbdül Kadirəm. Burada Banqladeşi təmsil edən SETU adlı milli bir təşkilatı təmsil edirəm. Burada olduğum üçün çox məmnunam, çünki SETU Qlobal Cənub QHT Platformasının təsisçi təşkilatlarından biridir. Təşkilatçılar çox yaxşı işləyirlər, çox fəaldırlar və bu forumla bağlı yüksək səviyyədə təşəbbüskarlıq göstərirlər. Burada təkcə Bakı deyil, həm də 100-dən çox təşkilat, QHT və vətəndaş cəmiyyəti qurumu təmsil olunur.

Bu, həm vətəndaş cəmiyyəti, həm də hökumət üçün çox faydalıdır, çünki vətəndaş cəmiyyəti hökumət rəsmiləri üçün dəstək göstərir, ictimai maarifləndirmə kampaniyaları aparır və insanların məlumatlandırılmasına xidmət edir.

Məhz buna görə də onlar problem yönümlü müzakirələrdə və planlaşdırmada iştirak edirlər. Bakıdakı təşkilatçılar çox qonaqpərvərdirlər. Ümid edirəm ki, gələcəkdə də həm Bakıda, həm də beynəlxalq səviyyədə daha çox tədbir təşkil edəcəklər."

Global Art

Daha çox