Global Art
XəBəRLəR

Əhalinin siyahıyaalınmasında rəqəmsal texnologiyalardan, inzibati və geoməkan məlumatlarından istifadə ediləcək

Əhalinin siyahıyaalınmasında rəqəmsal texnologiyalardan, inzibati və geoməkan məlumatlarından istifadə ediləcək

Beynəlxalq tövsiyələrə və milli prioritetlərə əsaslanaraq ilk dəfə olaraq ölkəmizdə əhalinin növbəti siyahıyaalınmasının rəqəmsal texnologiyalar, inzibati və geoməkan məlumatlarından istifadə edilməklə keçirilməsi nəzərdə tutulur.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov iyulun 17-də Nazirlər Kabinetində əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

Baş nazir qeyd edib ki, rəqəmsal həllərin tətbiqi respondentlərə düşən məlumat yükünün və statistika materiallarının hazırlanmasına çəkilən xərclərin azaldılmasına xidmət edəcək.

Global Art

Daha çox