“DreamFest” həmişə möhtəşəm keçir.
“Sea Breeze”də keçirilən “DREAMFEST” beynəlxalq musiqi festivalının qırmızı xalçasında “Enigma” qrupunun solisti Endryu Donalds festivalın ab-havasından və Azərbaycana münasibətindən danışıb.
İfaçı bildirib ki, iki il əvvəl də festivalın qonağı olub və yenidən burada olmaqdan məmnundur.
“Burada hər zaman gözəl ab-hava, əyləncə və çox böyük enerji var. İnsanlar çox həvəslidirlər və bu atmosferdən zövq alıram. Üstəlik, Emin mənim yaxın dostumdur. Ona görə də burada olmaq mənim üçün həmişə sevincdir”, – deyə o vurğulayıb.
Azərbaycan mətbəxi ilə bağlı sualı cavablandıran Endryu Donalds ölkənin xüsusilə quzu ətindən hazırlanan yeməkləri ilə tanındığını qeyd edib.
“Azərbaycan çox dadlı quzu əti və ət yeməkləri ilə məşhurdur. Düzünü desəm, hələ bu səfərdə yemək yeməyə imkan tapmamışam, proqram çox gərgindir. Amma düşünürəm ki, Azərbaycan mətbəxi Qırğızıstan və Qazaxıstan kimi Mərkəzi Asiya ölkələrinin mətbəxinə müəyyən qədər bənzəyir”, – deyə sənətçi əlavə edib.
Global Art