Cari ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 11 milyard 111,9 milyon manat investisiya yönəldilib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,7 faiz çoxdur.
Yeddi ayda qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu isə keçən ilin eyni aylarına nisbətən 1,9 faiz artaraq 7 milyard 403,3 milyon manat təşkil edib.