Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Fələstin dövlətinin Baş naziri Ulu Öndərin məzarı önünə əklil qoyub.
Fələstin dövlətinin Baş naziri Məhəmməd Mustafa, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.
Global Art