Global Art
XəBəRLəR

FIFA dünya çempionatının ən intizamlı komandasının adını açıqladı

FIFA dünya çempionatının ən intizamlı komandasının adını açıqladı

Futbol üzrə 2026-cı ildə keçirilən dünya çempionatında (DÇ-2026) Niderland milli komandası ədalətli oyuna görə "FIFA Fair Play Award" mükafatını qazanıb.

Global Art Oxu.az-a istinadən xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

Niderland millisi nüfuzlu turnirin 1/16 final mərhələsinə qədər irəliləsə də, Mərakeş komandasına uduzaraq mübarizəni dayandırıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında mərakeşlilər üstün olublar - 3:2.

Buna baxmayaraq, Niderland futbolçuları intizamlı oyun nümayiş etdiriblər: keçirdikləri dörd görüşdə komanda cəmi üç sarı vərəqə ilə yadda qalıb və heç bir futbolçusu meydandan qovulmayıb.

Global Art

Daha çox