Global Art
XəBəRLəR

Finaldan sonra diqqətçəkən an: Messi Lamin Yamala sarıldı

Finaldan sonra diqqətçəkən an: Messi Lamin Yamala sarıldı

Futbol üzrə dünya çempionatının finalından sonra Lionel Messi ilə Lamin Yamal arasında səmimi an yaşanıb.

Global Art Oxu.az-a istinadən xəbər verir ki, İspaniya millisinin Argentina üzərində qələbəsindən sonra iki ulduz futbolçu bir-birini qucaqlayıb.

Messi və Yamalın qucaqlaşması isə finalın ən diqqətçəkən görüntülərindən biri kimi yadda qalıb. Bu an iki fərqli nəslin futbolçuları arasında hörmət və dostluğun simvolu kimi qiymətləndirilib.

Qeyd edək ki, Lamin Yamal İspaniya millisinin əsas simalarından biri olduğu halda, Lionel Messi Argentina ilə növbəti dünya çempionluğu uğrunda mübarizəni finalda başa vurub.

Global Art

Daha çox