Global Art
XəBəRLəR

Gürcüstanda QDİƏT PA-nın Baş Assambleyası işə başlayıb

Gürcüstanda QDİƏT PA-nın Baş Assambleyası işə başlayıb

Gürcüstanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 67-ci Baş Assambleyası keçirilir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə “Regional əməkdaşlıq üçün süni intellekt: Qara Dəniz bölgəsində innovasiya, əlaqə və davamlı inkişaf” mövzusunda müzakirələr aparılacaq.

Assambleya çərçivəsində iyunun 29-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Büro və Daimi Komitəsinin iclası keçirilib.

Büro və komitə iclaslarında Azərbaycan Respublikası Milli Məclisinin QDİƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev iştirak edib.

Bildirilib ki, QDİƏT PA-nın 67-ci Baş Assambleyası iyunun 30-da Kaspi bələdiyyəsinin Mepiskalaki kəndində baş tutacaq.

Assambleyanın sessiyasında Azərbaycan Respublikası Milli Məclisinin QDİƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri – Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İntizam komissiyasının sədri Eldar İbrahimov, deputatlar Kamran Bayramov və Səbinə Salmanova iştirak edirlər.

Milli Məclisin QDİƏT PA-da nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.

Global Art

Daha çox