Global Art
XəBəRLəR

Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir

Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir

26 İyun - Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti yeni istifadəyə verilən idman zalında və Baş Klinik Hospitalda təcili tibbi yardım bölməsində yaradılan şəraitlə tanış olub.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, müasir tələblərə cavab verən idman zalı hərbi qulluqçuların fiziki hazırlığının və dözümlülüyünün yüksəldilməsi üçün zəruri olan bütün alət və avadanlıqlarla təchiz olunub.

Sonra Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Təcili tibbi yardım bölməsində olan rəhbər heyətə yeni istifadəyə verilmiş təcili tibbi yardım avtomobilləri və bölmədə olan tibbi avadanlıqlar barədə məlumat verilib.

Bildirilib ki, bu avtomobillər təxliyə olunan hərbi qulluqçulara ilkin tibbi yardımın göstərilməsi üçün ən müasir avadanlıqlarla təmin olunub.

Bu da hərbçilərə göstərilən təcili və təxirəsalınmaz tibbi yardımın keyfiyyətinin artırılmasına xidmət edir.

Global Art

Daha çox