Global Art
XəBəRLəR

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Uşaqların zərərli təsirlərdəndən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir. Bu gün bir çox dövlətlərin qarşında dayan vacib məsələ internet təhlükəsizliyidir. Sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu dövrdə, uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsininin müzakirəsində komitə sədri Hicran Hüseynova deyib.

Komitə sədri qeyd edib ki, hazırda sual "qadağan etmək və ya etməmək" deyil. Əsas məsələ - uşaqları inkişaf, öyrənmə və sosial qarşılıqlı əlaqə üçün vacib imkanlardan məhrum etmədən real dünya təhlükələrindən qoruyan rəqəmsal mühitin yaradılması məsələsidir.

O bildirib ki, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaya və milli qanunvericiliyə əsasən 18 yaşadək şəxslərin uşaq sayıldığını nəzərə alaraq, onların sosial şəbəkə platformalarının təsirlərindən qorunması üçün 16 yaşadək və 16-18 yaş arası yanaşması seçilib. 16 yaşadək uşaqların platformalarda hesab yaratmasına yol verilmir, 16-18 yaş arası uşaqlar üçün isə bunu valideyn icazəsi ilə edə bilərlər. Uşaqların inkişafına diqqət verilərək təhsil və səhiyyə məqsədləri üçün bu imkanlardan sərbəst istifadə etmək olar. Qanun dəyərli məqsədə - uşaqların müdafiəsinə xidmət edir. Uşaqların sosial şəbəkələrinin zərərli təsirlərin qorunması günümüzün tələbidir.

Global Art

Daha çox