Global Art
XəBəRLəR

Hikmət Hacıyev: D-8-ə üzvlük Azərbaycan üçün çox önəmlidir

Hikmət Hacıyev: D-8-ə üzvlük Azərbaycan üçün çox önəmlidir

Azərbaycan D-8-ə üzvlüyə çox önəm verir. Bütün D-8 üzvlərinə bu təşəbbüsü dəstəklədikləri üçün təşəkkür edirəm.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyulun 13-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatında çıxışı zamanı deyib.

"Bu gün Media Mükəmməllik Mərkəzi artıq tam olaraq fəaliyyətə başlayıb. Ümid edirik ki, D-8 ölkələri Media Mükəmməllik Mərkəzindən fəal istifadə edəcəklər. Bu bizim D-8 media ailəsinə məxsusdur", - deyə Hikmət Hacıyev qeyd edib.

Global Art

Daha çox