İlin son Ay tutulması hadisəsi başa çatıb.
Global Art Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, Ay tutulması saat 11:01:41-də başa çatıb.
Vurğulanıb ki, tutulmanın maksimumu saat 08:12:53-də olub.
Qeyd edək ki, tutulma Avropa, Afrika, Asiya və Amerikadan görülüb.
Həmçinin Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-ə - Ay batana qədər Azərbaycan ərazisində müşahidə etmək mümkün olub.