Global Art
XəBəRLəR

İqnasio Kassis: Azərbaycanın sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndiririk

İqnasio Kassis: Azərbaycanın sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndiririk

Azərbaycanın geosiyasi mövqeyi ölkənizə mühüm hab rolunu oynamaq imkanı yaradıb. Görüş zamanı bu imkanlar ətrafında da fikir mübadiləsi apardıq.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında söyləyib.

“Eyni zamanda, Azərbaycan–Ermənistan normallaşma prosesini müzakirə etdik. Sülh sazişinin paraflanmasından bir il ötür. Ölkənizin bu prosesə verdiyi töhfəni yüksək qiymətləndirir və bunu məmnunluqla qarşılayırıq”, - deyə İqnasio Kassis əlavə edib.

Daha çox