İyulun 14-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində Latın Amerikası Xəbər Agentliyinin (LANA) təsisçisi və direktoru Juan Manuel Fonrouge ilə görüşüb.
Görüşdə media sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xəbər mübadiləsi və gələcək birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Juan Manuel Fonrouge isə rəhbərlik etdiyi LANA agentliyinin AZƏRTAC ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, iki agentlik arasında xəbər mübadiləsi, qarşılıqlı informasiya dəstəyi və birgə media layihələrinin həyata keçirilməsinin tərəflər üçün faydalı olacağını qeyd edib.
Görüşdə tərəflər əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Global Art