Global Art
XəBəRLəR

Kanada Siqh Federasiyasının məsləhətçisi: Azərbaycanda beynəlxalq hüququn rolunun qiymətləndirilməsi əhəmiyyətlidir

Kanada Siqh Federasiyasının məsləhətçisi: Azərbaycanda beynəlxalq hüququn rolunun qiymətləndirilməsi əhəmiyyətlidir

1984-cü ilin iyun və noyabr hadisələri ayrı-ayrı və təsadüfi hadisələr deyil. Bu hadisələr daha uzun tarixi və siyasi proseslərin nəticəsidir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Kanada Siqh Federasiyasının hüquq məsləhətçisi Virrinq Prabcot Sinqh Bakıda Amritsar hadisələrinə həsr olunan beynəlxalq konfransda söyləyib.

O bildirib ki, bu hadisələri anlamaq üçün Pəncabın 1849-cu ildə Britaniya imperiyasının nəzarəti altına keçməsindən sonrakı dövrə nəzər salmaq vacibdir.

"Bu yanaşmaya görə, müstəmləkə idarəçiliyi yalnız siyasi nəzarətlə məhdudlaşmayıb, həm də idarəetmə, təhsil, hüquq və ictimai institutlar vasitəsilə regionun sosial həyatına təsir göstərib. Bu proseslər siqh icmasının siyasi, mədəni və dini kimliyinin formalaşmasına və inkişafına təsir edib. Bu gün belə mövzuların Azərbaycanda müzakirə olunması insan hüquqları, etnik və dini azlıqların hüquqlarının qorunması, eləcə də beynəlxalq hüququn rolunun dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır", - deyə hüquq məsləhətçisi əlavə edib.

Global Art

Daha çox