Global Art
MəDəNIYYəT

Calvin Harris Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda konsert verib

Calvin Harris Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda konsert verib

Dünyaşöhrətli DJ və prodüser Kelvin Harris Formula 1 Azərbaycan Qran-Prisinin əyləncə proqramı çərçivəsində Bakıda konsert proqramı ilə çıxış edib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, “Bakı Kristal Zalı”nda keçirilən konsertdə minlərlə Formula 1 azarkeşi və elektron musiqi həvəskarı iştirak edib. Gecə ərzində Kelvin Harris dünya hitlərini səsləndirib, möhtəşəm işıq şousu və xüsusi effektlərlə müşayiət olunan çıxışı ilə tamaşaçılara yaddaqalan anlar yaşadıb.

Konsert zamanı “Feel So Close”, “Summer” və digər məşhur kompozisiyalar səslənib. Tamaşaçılar mahnıları DJ ilə birlikdə ifa ediblər, Kelvin Harris isə səhnədən dəfələrlə Bakı publikasına müraciət edərək azarkeşlərlə ünsiyyət qurub.

Şounun müxtəlif anlarında “Bakı Kristal Zalı” Azərbaycan Bayrağının rənglərinə — mavi, qırmızı və yaşıl rənglərə boyanıb.

Qeyd edək ki, Kelvin Harris elektron musiqinin ən tanınmış simalarından biridir. “We Found Love”, “Summer”, “One Kiss” və bir sıra digər dünya hitlərinin müəllifi olan şotlandiyalı DJ “Grammy” mükafatına layiq görülüb və dünyanın ən böyük musiqi festivallarında çıxış edib. Kelvin Harrisin Bakıdakı konserti Azərbaycan Qran-Pri həftəsinin əyləncə proqramının əsas tədbirlərindən biri olub.

Daha çox