Global Art
XəBəRLəR

Keniyanın Maasai Mara Universitetin prorektoru: "Qlobal Cənub QHT platforması icmalarla bağlı çox mühüm işlər görür"

Keniyanın Maasai Mara Universitetin prorektoru: "Qlobal Cənub QHT platforması icmalarla bağlı çox mühüm işlər görür"

Global Art xəbər verir ki, Maasai Mara Universitetin Vitse-kansleri Peninah Aloo Ogudo Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında Global Art ilə fikirləri ilə paylaşıb.

"Mənim adım Peninah Aloo Ogudodur. Keniyada ekologiya üzrə professoram. Hazırda Keniyada Maasai Mara Universitetinin prorektoru vəzifəsində çalışıram.
İlk növbədə qeyd edim ki, bu, mənim Azərbaycana ilk səfərimdir. Bakı çox gözəl şəhərdir, Azərbaycan isə çox gözəl ölkədir. Səhərdən etibarən Qlobal Cənub Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edirik. Burada baş verən proseslər və iştirakçıların çıxışları ilə tanış olduq, müxtəlif fikirlər dinlədik.

Bu görüşdən belə bir nəticəyə gəldim ki, Qlobal Cənub QHT platforması icmalarla bağlı çox mühüm işlər görür. Ümumilikdə vətəndaş cəmiyyəti strukturları siyasətçilərlə yerli icmalar arasında körpü rolunu oynayır və bu istiqamətdə çox böyük işlər həyata keçirir. Onların fəaliyyəti həqiqətən də yüksək qiymətləndirilməlidir. Təşkil olunmuş tədbir də çox uğurludur. Mən Maasai Mara Universiteti olaraq şəhər və regional planlaşdırma sahəsində əməkdaşlıq qurmaq istərdim."

Global Art

Daha çox