Global Art
XəBəRLəR

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub

Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın “Kim dedi ki, səadətə inanma” şeirinə yazılan yeni mahnının təqdimat mərasimi olub.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Xalq artisti Eyyub Yaqubovun ifa etdiyi mahnının bəstəkarı Gülsüm Eldarovadır.

Təqdimat mərasimi bədii-musiqili proqramla müşayiət olunub.

Tədbir çərçivəsində qiraətçilər Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın şeirlərini səsləndirib, musiqi hissəsində isə Eyyub Yaqubovla yanaşı, “Naz qrupu”nun ifaçıları da çıxış ediblər.

Sonra yeni mahnıya çəkilmiş klip ilk dəfə ictimaiyyətə təqdim olunub.

Global Art

Daha çox