Global Art
XəBəRLəR

KOBİA-nın rəhbəri sahibkarların müraciətlərini dinləyib

KOBİA-nın rəhbəri sahibkarların müraciətlərini dinləyib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) vətəndaşlarla növbəti görüş keçirilib. Görüş çərçivəsində sahibkarların biznes fəaliyyəti, investisiya təşəbbüsləri, maliyyə resurslarına çıxış, dövlət dəstəyi mexanizmləri və digər məsələlərlə bağlı müraciətləri və təklifləri dinlənilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara dövlətin biznes subyektləri üçün təqdim etdiyi mövcud dəstək alətləri barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Qəbul zamanı sahibkarlar tərəfindən qaldırılan məsələlərin operativ həlli və biznes fəaliyyətinin dəstəklənməsi istiqamətində müvafiq tədbirlər görüləcək. Araşdırma tələb edən müraciətlər üzrə isə aidiyyəti qurumlarla birgə agentliyin səlahiyyətləri çərçivəsində müvafiq işlər aparılacaq.

Global Art

Daha çox