Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikası ilə DB arasında əməkdaşlığın cari vəziyyəti, Ölkə Tərəfdaşlıq Çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası, həyata keçirilən investisiya layihələri və gələcək perspektivlər müzakirə edilib.
Sədr Taleh Kazımov DB-nin Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Saşa Bakesi təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə, həmçinin Mərkəzi Bank ilə DB arasında əməkdaşlıq və həyata keçirilən texniki yardım layihələri ətrafında fikir mübadiləsi aparılıb.