Global Art
XəBəRLəR

Mikayıl Cabbarov: Gələn ilin ortalarınadək Ələt Azad İqtisadi Zonasının ərazisində müasir beynəlxalq hava limanının istifadəyə verilməsi gözlənilir

Mikayıl Cabbarov: Gələn ilin ortalarınadək Ələt Azad İqtisadi Zonasının ərazisində müasir beynəlxalq hava limanının istifadəyə verilməsi gözlənilir

Bakıdan təxminən 50-55 kilometr məsafədə yerləşən Ələt Azad İqtisadi Zonasının ərazisində gələn ilin ortalarınadək müasir beynəlxalq hava limanının istifadəyə verilməsi gözlənilir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Slovakiya biznes forumunda deyib.

Nazir qeyd edib ki, nəqliyyat infrastrukturu ilə birlikdə bu zona Mərkəzi Asiya, Çin, Qara dəniz regionu, Türkiyə və Avropanı hər iki istiqamətdə birləşdirən əsas logistika qovşaqlarından birinə çevriləcək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası ölkənin ümumi hüquqi yurisdiksiyasından kənarda fəaliyyət göstərən xüsusi hüquqi rejim əsasında işləyir. Zona investorlar üçün əlverişli şərait və geniş güzəşt paketləri təqdim etməklə yanaşı, artan yük axınlarından və Azərbaycanın strateji nəqliyyat əlaqələrindən faydalanır. Oxşar investisiya təşviqləri, o cümlədən 10 illik vergi güzəştləri paketi Naxçıvan Muxtar Respublikasında da tətbiq olunub.

"Ölkələrimiz enerji, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə və tikinti layihələri sahələrində artıq uğurlu əməkdaşlıq təcrübəsinə malikdir. Hesab edirəm ki, əməkdaşlığımızın potensialı bundan qat-qat genişdir. Buna görə də Slovakiya şirkətlərini Azərbaycana təkcə müstəqil bazar kimi deyil, həm də daha geniş regiona açılan bir qapı kimi baxmağa dəvət edirik", - deyə o əlavə edib.

Global Art

Daha çox