Global Art
XəBəRLəR

Milli QHT Forumu İdarə Heyətinin sədri: "Beynəlxalq ictimaiyyətdə mövqeyimizin möhkəmlənməsi baxımından böyük əhəmiyyətdir"

Milli QHT Forumu İdarə Heyətinin sədri: "Beynəlxalq ictimaiyyətdə mövqeyimizin möhkəmlənməsi baxımından böyük əhəmiyyətdir"

Global Art xəbər verir ki, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İsgəndərli Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında Global Artilə fikirləri ilə paylaşıb.

"Məndə çox müsbət təəssüratlar var. Bununla yanaşı, bu, böyük bir məsuliyyətdir. Qeyd etmək vacibdir ki, bu platforma artıq təkcə bir ideya deyil — o, tədricən real, institusional bir struktur kimi formalaşır.

Əvvəlcə bu, sadəcə bir təşəbbüs idisə, bu gün artıq BMT də daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən tanınır. Bu isə bizim üçün beynəlxalq ictimaiyyətdə mövqeyimizin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır.

Hesab edirəm ki, platformanın inkişafının növbəti mərhələsi idarəetmənin yeni sisteminin formalaşdırılması ilə bağlı olmalıdır. Bu sistem coğrafi əhatə baxımından daha çox reprezentativ olmalıdır: Latın Amerikası, Asiya, Afrika və Sakit okean regionu daha fəal şəkildə təmsil olunmalıdır.

Bu coğrafi istiqamətin gücləndirilməsi həmin regionlarda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinə imkan verəcək. Azərbaycan isə öz növbəsində onların dəstəklənməsinə və problemlərinin, eləcə də səsinin beynəlxalq gündəmə çıxarılmasına töhfə verməyi hədəfləyir."

Global Art

Daha çox