Global Art
XəBəRLəR

Moldovadakı soydaşımız Orxey şəhərinin meri seçilib

Moldovadakı soydaşımız Orxey şəhərinin meri seçilib

Moldovada yaşayan soydaşımız Ramiz Ansarov Orxey şəhərinin mer vəzifəsinə seçkilərinin ikinci turunda ilkin nəticələrə görə qalib gəlib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 31-də Orxey şəhərinin mer vəzifəsinə seçkilərin ikinci turunda seçicilərin 58 faizindən çoxu Ramiz Ansoravun lehinə səs verib.

Qeyd edək ki, mayın 17-də Orxey şəhəri merinə seçkilərin birinci turunda Ramiz Ansarov namizədlər arasında ən çox səs toplayıb. 1987-ci ilin aprelin 12-də Kişineuda anadan olan R.Ansarov əslən Qərbi Azərbaycandandır, onun atası Barana (Noyemberyan) rayonunda anadan olub və böyüyüb. Sonradan ailəsi Bakı şəhərinə köçüb. 4 oğul atası olan R.Ansarov Moldovanın ictimai-siyasi həyatında fəallıq göstərir. O, həmçinin Moldova Azərbaycanlıları Konqresinin vitse-prezidenti kimi diasporumuzun inkişafına öz töhfəsini verir.


Global Art

Daha çox