Azərbaycanda əkin sahəsinin 74 faizini taxıl və yem bitkiləri təşkil edir. Bu bitkilər aqrar istehsalının cəmi 11 faizini yaradır. Yəni faktiki olaraq biz daha çox torpaq resursumuzu daha az dəyər yaradan məhsullara ayırmışıq.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyunun 11-də Milli Məclisdə keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə dinləmədə çıxışı zamanı deyib.
“Taxıl istehsalı bizim üçün strateji əhəmiyyətlidir. Bu, ən birinci növbədə bizim gündəlik həyat tərzimizin bir parçasıdır və bundan imtina edə bilmərik, unuda bilmərik. Bu səbəbdəndir ki, bizim ərazilərimizin ciddi bir qismi taxıl və yem bitkilərinin istehsalına ayrılıb. Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır. Eyni zamanda, məhsuldarlığın artırılması yolu ilə taxılın və istənilən digər bitkilərin də məhsul istehsalının artımına nail olmaqdır”, - deyə nazir əlavə edib.
Global Art