Global Art
XəBəRLəR

Nazir müavini: Enerji keçidi dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişəcək əsas proseslərdəndir

Nazir müavini: Enerji keçidi dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişəcək əsas proseslərdəndir

Bu gün dünyada baş verən böyük siyasi və iqtisadi hadisələrlə yanaşı, enerji keçidi də qlobal dəyişikliklərin əsas istiqamətlərindən biridir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Elnur Soltanov bp və tərəfdaşlarının bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində yerli mütəxəssislərin inkişafına dəstək məqsədli yeni sosial sərmayə layihəsinin təqdimatında deyib.

O bildirib ki, enerji keçidi daha erkən başlayıb və dünyanın siyasi-iqtisadi tərəflərini dəyişəcək.

“Enerji keçidində əsas məsələlərdən biri də enerji sistemlərinin mərkəzləşdirilmiş modeldən daha çox desentralizasiya olunmuş sistemə keçməsidir. Enerji keçidinin mühüm məsələlərindən biri dəyişkən enerji mənbələrinin xüsusiyyətləri ilə bağlıdır. Bu proses elektrik şəbəkələrinin modernləşdirilməsini də zəruri edir. Elektrik şəbəkələri müasir sivilizasiyanın enerji təminatı üçün ən mühüm infrastrukturlardan biridir”, - deyə o qeyd edib.

Nazir müavini vurğulayıb ki, enerji keçidi ilə əlaqədar şəbəkələrin inkişafı, elektrik enerjisinin istehsalı, transformatorlar və digər istiqamətlər üzrə ixtisaslı mütəxəssislərə böyük ehtiyac yaranacaq.

Daha çox