Ölkədə kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, mədəniyyət nazirinin müavini Fərid Cəfərov iyunun 10-da Milli Məclisdə keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, sistemdə olan işçilərin yalnız 7,7 faizi ixtisas təhsillidir. Kitabxanaların 20 faizi internetlə təmin edilib, 96 faizində isə avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi tətbiq olunmayıb.
Global Art