Nizami Gəncəvi Beynəlxalq Mərkəzi London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində COP31 İqlim üzrə Yüksək Səviyyəli Çempionları və “Zero Waste” Forumu ilə tərəfdaşlıqda “İqlim investisiyalarındakı boşluğun aradan qaldırılması: özəl sektorun həlledici rolu” mövzusunda dəyirmi masa təşkil edib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, müzakirələrdə enerji keçidinə özəl sektor investisiyalarının artırılması, qlobal iqlim maliyyəsi boşluğunun aradan qaldırılması və COP31 ərəfəsində bu istiqamətdə konkret təşəbbüslərin formalaşdırılması məsələləri diqqət mərkəzində olub.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Prezidenti Muxtar Babayev, COP31 İqlim üzrə Yüksək Səviyyəli Çempionu Samed Ağırbaş, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, beynəlxalq maliyyə və enerji sektorunun nümayəndələri, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri iştirak ediblər.
Qeyd olunub ki, dəyirmi masa özəl sektorun iqlim maliyyəsində rolunun gücləndirilməsi və təmiz enerji keçidinin sürətləndirilməsi istiqamətində mühüm platforma rolunu oynayıb.
Global Art